Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək

Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək

23 may 2026, Şənbə
1
0

Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək

Azərbaycan Dəmir Yolların (ADY) Bakı–Tbilisi–Bakı qatarında 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz, 5–10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.

Bununla bağlı əsas qaydalar aşağıdakılardır:

- 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.
- ⁠Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.Biletləri saytımızdan, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.

Şərh yaz
Şərhlər (0)