Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22 may 2026, Cümə
1
0
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
 
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.
 
"Qafqazinfo" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.
 
Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.
 
Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib.
 
Məlumatı sabiq icra başçısının vəkili Elvin Əliyev də təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib.
 
Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.
Şərh yaz
Şərhlər (0)