Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq

Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq

19 may 2026, Çərşənbə axşamı
3
0
Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq
 
Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq.
 
Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Şuşa şəhərinə bu il köç olmayacaq.
 
Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işlərinə baxılacaq:
 
"Ümid edirik ki, gələn il bu qəsəbəyə köç olacaq. Həmçinin, Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək, inşası bu il başlayacaq".
Şərh yaz
Şərhlər (0)