Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, müvafiq tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən "Gürcüstan Dəmir Yolları" SC ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl "Oxu.az" Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatının 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacağını yazıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
26 dekabr 2025, Cümə
Şəhər Nəqliyyatının İnkişafında Vətənpərvər Lider: “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidovun Fəaliyyəti və Sosial Məsuliyyəti
Şərhlər (0)

