Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Qanunsuz ovlanmış 83 balıq götürüldü - Foto

Qanunsuz ovlanmış 83 balıq götürüldü - Foto

18 may 2026, Bazar ertəsi
3
0
Qanunsuz ovlanmış 83 balıq götürüldü - Foto
 
Qazaxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi tədbirlərlə rayonun Yuxarı Salahlı kənd sakini 1977-ci il təvəllüdlü Mehdiyev Məzahir Cəlal oğlu saxlanılıb.
 
Suvarma kanalında qanunsuz ov edən şəxsdən elektrik cərəyanı artıran cihaz, elektrik batareyası, xüsusi ovlama vasitəsi, rezin qayıq və qanunsuz ovlanmış 83 ədəd balıq götürülüb.
 
Bildirilib ki, ekoloji cinayətlərə qarşı tədbirlər davam etdiriləcək.
Şərh yaz
Şərhlər (0)