Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR

Kəlbəcər rayonunun Zar kəndi işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan müasir yaşayış məntəqələrindən biridir. Rayonun qədim yaşayış məntəqələrindən olan kənd dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşir. Dağlıq relyefi, zəngin təbiəti və strateji mövqeyi ilə seçilən Zar kəndinin təməli 2023-cü il avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
APA xəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.
O bildirib ki, Zar kəndi sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsi kimi layihələndirilib. Onun sözlərinə görə, burada ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulur. Kəndin salınması üçün 243 hektardan artıq ərazi ayrılıb və layihə 20 illik inkişaf perspektivi nəzərə alınmaqla hazırlanıb. Birinci mərhələdə isə 547 ailənin kəndə köçürülməsi planlaşdırılır.
N.Babayeva qeyd edib ki, kənddə sakinlərin rahat yaşayışı üçün müasir sosial infrastruktur yaradılır. Layihə çərçivəsində 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, müasir küçə və işıqlandırma sistemi, eləcə də geniş yaşıllaşdırma və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Zar kəndində əhalinin məşğulluğunun təmin olunması və dayanıqlı yaşayış mühitinin formalaşdırılması əsas prioritetlərdəndir. Burada ekoloji yanaşma tətbiq olunacaq, evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji" imkanlarından istifadə ediləcək.
Qeyd edək ki, Zar kəndi Kəlbəcər şəhər mərkəzindən təxminən 26 kilometr məsafədə yerləşir.





Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
27 noyabr 2025, Cümə axşamı
İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa - 5 ildə qurulan nəhəng infrastruktur
25 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
Şərhlər (0)

