Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.
Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.
Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 mart 2026, Çərşənbə axşamı
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Şərhlər (0)

