Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir

Nvidia şirkətinin rəhbəri Jensen Huang yaxın illərdə santexnik, elektrik və qaynaqçı kimi peşələrə böyük tələbat yaranacağını bildirib.
Onun sözlərinə görə, bu sahələrin əsas üstünlüyü ondadır ki, süni intellekt və neyroşəbəkələr hələlik bu peşələri tam əvəz edə bilmir. Eyni zamanda, ixtisaslı kadr çatışmazlığı da sürətlə artır.
Məlumata görə, son üç ildə tikinti sahəsində çalışanlara tələbat 30 faiz, qaynaqçılara ehtiyac 25 faiz, elektriklərə tələbat isə 18 faiz artıb.
Jensen Huang hesab edir ki, yaxın illərdə texniki və fiziki əmək tələb edən peşə sahibləri əmək bazarında ən çox axtarılan mütəxəssislərdən birinə çevriləcək.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
28 noyabr 2025, Cümə
“Gələcəyin İnşasında Liderlik: Famil Bağıyev və ‘Orbita’ Mənzil Tikinti Kooperativi”
Şərhlər (0)
