Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi

Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, 1991-ci il təvəllüdlü V.Musayevin idarə etdiyi “Changan Qiyuan A05” markalı avtomobil Nizami rayonu Qara Qarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobildə axtarış aparılarkən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, V.Musayev əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş.
O, Məhkəmənin hökmü ilə 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
09 aprel 2026, Cümə axşamı
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
22 aprel 2026, Çərşənbə
DİN: Polis əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib
Şərhlər (0)


