Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Həccə gedənlərin NƏZƏRİNƏ

Həccə gedənlərin NƏZƏRİNƏ

13 may 2026, Çərşənbə
0
0
Həccə gedənlərin NƏZƏRİNƏ
 
Həcc ziyarətinə, hər biri 4 qrupdan ibarət olmaqla, ümumilikdə, 7 zəvvar təyyarəsi yola düşəcək.
 
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
 
O bildirib ki, hər biri 180 nəfərdən ibarət birinci və ikinci zəvvar təyyarəsi mayın 17-də, üçüncü və dördüncü zəvvar təyyarələri mayın 18-də, beşinci və altıncı zəvvar təyyarələri mayın 19-da, yeddinci zəvvar təyyarəsi isə mayın 21-də həcc ziyarətinə yola düşəcək: “Hər təyyarədə 4 zəvvar qrupu olacaq. Səhər və axşam olmaqla, gündə iki təyyarə yola düşəcək, mayın 21-i isə bir təyyarə yola düşəcək. Onlar ilk olaraq Ciddə şəhərində düşüb,avtobuslarla Cöhfə miqatına gedəcəklər, orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar”.
 
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Şərh yaz
Şərhlər (0)