"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -

"Son vaxtlar eşdirik ki, qəbiristanlıqda uşaq tapıldı. Valideyn ondan imtina edib. Hansı valideyn cahillikdən, imkansızlıqdan uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Xarici ölkələrdə belədir. Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa dərhal sahib çıxır. Dövlət uşaq müəssisələrinin sayı artırılmalıdır. Dərhal bu uşaqlar götürülərək dövlətin himayəsində böyüməlidir", - deyə deputat bildirib.
Daha çox xəbər:
14 dekabr 2025, Bazar günü
Göyçay Pendir Zavodunun Qüruru: Mustafa Müəllim – Peşəkarlığın və İnsanlığın Nümunəsi
18 yanvar 2026, Bazar günü
Neftçala Tarlalarında Ümid Daşıyan Lider: “P-Aqro” MMC-nin Rayon Bölməsinin Müdiri Mustafa Əliyev
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)


