Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb.
Bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov “Trend.az” və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur.
"Hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps“ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk.
Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur. Hal-hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır — nəticədə qatarın bəzi vaqonları sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".
Qeyd edək ki, geniş müsahibə bu gün 21:30-da Trend Beynəlxalq İnformasiya Agentliyində və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında(ATV) yayımlanacaq.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27 dekabr 2025, Şənbə
Vüsal Hüseynov: Vətənə Sadiq, Dövlətçiliyə Bağlı Lider və İctimai Xidmətin Nümunəsi
05 yanvar 2026, Bazar ertəsi
Şəhər Təsərrüfatında Məsuliyyət və Vicdanın Ünvanı – Vüsal Hüseynovun İdarəçilik Məktəbi
18 yanvar 2026, Bazar günü
Yasamalın Kommunal Nizamı və Sosial Məsuliyyəti: Vüsal Hüseynovun Fədakar İdarəçilik Yolu
Şərhlər (0)

