İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.
Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.
Daha çox xəbər:
29 dekabr 2025, Bazar ertəsi
Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar belə xilas edildi - Video
30 oktyabr 2025, Cümə axşamı
Kəlbəcərdə 2 yaşlı uşaq bağlı qapı arxasında qaldı - Belə xilas edildi - Video
Şərhlər (0)


