İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail səfirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Səfiri missiya rəhbərinin müavini Aviv Zell müşayiət edib. Onlar Albert Aqarunovun məzarı önünə gül dəstələri qoyublar.
“Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və vətənə bağlılığın nümunəsi olaraq qalır. Xatirəsi daim əziz tutulsun. Allah rəhmət eləsin”, - paylaşımda deyilir.
Qeyd edək ki, Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 yanvar 2026, Cümə axşamı
Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski
Şərhlər (0)



