Sirkə içən “Dr. Gülü”nün vəziyyəti necədir? - Açıqlama

Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğu ünvanladıq. KTM-in mətbuat katibi Ruzbeh Məmməd müraciətimizə cavab olaraq bildirdi ki, ötən gün saat 21:00 radələrində 1991-ci il təvəllüdlü qadın halsızlıq və ürək bulanması şikayətləri ilə Mərkəzə hospitalizasiya olunub:
“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, bir müddət əvvəl Gülbadə Abdullayevanın “Uğur-777” klinikasında etdiyi əməliyyat zamanı görüntüləri müzakirələrə səbəb olub. Onun tibbi fəaliyyət üçün tələb olunan lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddiaları edilib. Səhiyyə Nazirliyindən Gülbadə Abdullayeva ilə bağlı araşdırmadan sonra bildirilmişdi ki, həmin xanımın adı nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 fevral 2026, Cümə
Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib
22 yanvar 2026, Cümə axşamı
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək
Şərhlər (0)

