Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)


