SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı ətrafında baş vermiş AZAL-a məxsus təyyarə qəzası üzrə araşdırmanın hələ də davam etdiyini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, hadisənin səbəblərini müəyyənləşdirmək üçün yaradılmış xüsusi komissiya işini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə aparır. Bildirilib ki, araşdırma prosesi Beynəlxalq Mülki Aviasiya Konvensiyasının müvafiq tələblərinə əsaslanır.
Rəsmi qurum qeyd edib ki, Azərbaycan və Rusiya xarici siyasət idarələrinin açıqlamalarından asılı olmayaraq istintaqın dayandırılması məsələsi gündəmdə deyil və proses plan üzrə davam edir.
Nazirlik həmçinin vurğulayıb ki, təhqiqat yekunlaşdıqdan sonra hazırlanacaq hesabat ictimaiyyət üçün açıq olacaq və qurumun rəsmi internet səhifəsində yerləşdiriləcək. Həmin sənəddə qəzanın səbəbləri, aparılmış araşdırmanın nəticələri və gələcəkdə oxşar halların qarşısını almaq üçün tövsiyələr yer alacaq.
Xatırladaq ki, 2024-cü ilin 25 dekabr tarixində Bakıdan Qroznıya uçuş həyata keçirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya düşmüşdü. Təyyarədə 62 sərnişin və 5 heyət üzvü olub. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə səbəb kimi uçuş zamanı xarici texniki təsir göstərilir.
Bundan əlavə, 2026-cı ilin aprel ayında Azərbaycan və Rusiya tərəfləri faciənin nəticələrinin aradan qaldırılması, eləcə də zərərçəkənlərə maddi dəstək göstərilməsi ilə bağlı razılıq əldə ediblər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
26 dekabr 2025, Cümə
Hər kəs “Təyyarə vurulub” deyir, bir Rusiya hələ də dirəşir- Faktlar izə göz önündə...
05 fevral 2026, Cümə axşamı
Ankaradakı təyyarə qəzasının "qara qutusu" açıldı: Faciənin pərdəarxası detalları açıqlandı
Şərhlər (0)


