Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Manset.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq Əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.
Digər Əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.
Xatırladaq ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva da bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.
Daha çox xəbər:
25 oktyabr 2025, Şənbə
Xətai Rayonunda Təhlükəsizliyin Sütunu: Polis Polkovniki Vaqif Müslümovun Fədakar Xidməti
23 oktyabr 2025, Cümə axşamı
“Sağlamlıq və İnsan Həyatına Fədakarlıq: Sahib Hüseynovun Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına Xidmət Yolu”
28 oktyabr 2025, Çərşənbə axşamı
Ramiz Mehdiyevin məktubundakı ifşanın detalları: "Məkri keçmədi..."
Şərhlər (0)


