Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » “Yazılanlar məni daha da güclü edir” – Məzahir Pənahov

“Yazılanlar məni daha da güclü edir” – Məzahir Pənahov

29 aprel 2026, Çərşənbə
1
0
“Yazılanlar məni daha da güclü edir” – Məzahir Pənahov
 
Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən sədri seçilən Məzahir Pənahov onun haqqında yazılanlara münasibət bildirib.
 
Bu barədə manset.az-a açıqlama verən Məzahir Pənahov MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu bildirib:
 
“Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm.”
 
Daha sonra MSK sədri oğlu ilə gəlini arasında baş verən qalmaqal barədə jurnalistin sualına cavab verməyib.
 
Qeyd edək ki, Məzahir Pənahovun yenidən MSK sədrliyinə namizəd olmayacağı və yaşının çox olması ilə bağlı məlumatlar yayılmışdı. M. Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.
Şərh yaz
Şərhlər (0)