Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video

Ağsu Rayon Polis Şöbəsinin DYP Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər - Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.
“Onlar “Mercedes” və “Tofaş” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq, sosial şəbəkə hesablarında paylaşıblar.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/221935.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 fevral 2026, Şənbə
Gəncənin Maliyyə İdarəsində Səmərəli və Vətənpərvər Şəxs - Rəşid Yusifovun Fədakar Xidməti
15 aprel 2026, Çərşənbə
Şəhər Nəqliyyatında Səssiz Nizamın Qurucusu – Yusif Hüseynovun Məsuliyyətli İdarəçilik Yolu
Şərhlər (0)


