Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
İrəvanda mənzillənmiş separatçılar indi də Azərbaycana qarşı yeni çirkin piar başladıb.
Özünü keçmiş qondarma rejimin nümayəndələri kimi təqdim edən, ayrı-ayrı “qurum”lar adından bəyanatlar verən bu ünsürlər Qarabağda erməni kilsələrinin və abidələrinin guya məhv edildiyi haqda kampaniya aparır.
Son həftələrdə isə bu təbliğat güclənib və erməni mediasında artan feyk məlumatların tirajlanması davam edir. Bu dəfə “artsax turizm və mədəniyyətin inkişafı agentliyi” özünün sosial media hesabında paylaşım edib. Oyuncaq agentlik iddia edib ki, guya qondarma genosidin 111-ci ildönümü ərəfəsində Xankəndidə yerləşən Müqəddəs Məryəm Ana kilsəsi “dağıdılıb”.
Həmçinin “artsaxın mədəni irs üzrə ombudsmanı” Hovik Avanesov sosial şəbəkə səhifəsində oxşar mövzuda yazıb. O da qondarma soyqırımı ərəfəsində kilsənin “söküldüyünü” xüsusi qabardıb. Görünən budur ki, ermənilər “mədəni irs” adı ilə yeni hibrid hücuma keçib. Bundan əvvəl Xocavənd və digər ərazilərdə guya ermənilərin heykəllərinin, kilsələrinin söküldüyü haqda dezinformasiya yaymışdılar. Halbuki Azərbaycanda erməni kilsələrinə və heç biri dini abidələrə toxunulmayıb. Bakının mərkəzində də erməni kilsəsi yerləşir. Separatçı və işğalçı qüvvələr isə 30 il ərzində 65 məscidimizi, yüzlərlə məzarı, tarixi abidə və mədəniyyət ocaqlarını məhv edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 dekabr 2025, Çərşənbə
Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır
16 fevral 2026, Bazar ertəsi
Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi
Şərhlər (0)

