“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK

Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır.
Bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
"Seabreezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun "28 May" stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən "28 May" stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, "28 May"dan "Həzi Aslanov" istiqamətində, Mehdiabaddan isə "8 Noyabr" stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.
Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək",-deyə V. Qasımlı bildirib./Trend.Az
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27 dekabr 2025, Şənbə
Vüsal Hüseynov: Vətənə Sadiq, Dövlətçiliyə Bağlı Lider və İctimai Xidmətin Nümunəsi
05 yanvar 2026, Bazar ertəsi
Şəhər Təsərrüfatında Məsuliyyət və Vicdanın Ünvanı – Vüsal Hüseynovun İdarəçilik Məktəbi
18 yanvar 2026, Bazar günü
Yasamalın Kommunal Nizamı və Sosial Məsuliyyəti: Vüsal Hüseynovun Fədakar İdarəçilik Yolu
Şərhlər (0)

