Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ

Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ

15 aprel 2026, Çərşənbə
0
0
 
Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır. Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.
 
Belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.
 
Son günlər bəzi zibilqablarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarının deyirlər.
 
Bəs bu plakatları əraziyə kim yerləşdirib?
 
Məsələ bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və komunallar xidmətinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib edib.
 
Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.musavat.com 
 
Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən ərazidən kənarlaşdırılır.
Şərh yaz
Şərhlər (0)