Azərbaycanın bəzi rayonlarına qar yağdı

Azərbaycanın iki rayonuna qar yağıb.
"Report" xəbər verir ki, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.
Qar əsasən Daşkəsən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə, Astaf kimi ucqar kəndlərinə və Gədəbəy rayonuna yağıb.
Daşkəsəndə qar örtüyünün hündürlüyü təxminən 5-6 santimetrə, Gədəbəydə isə təxminən 10 santimetrə çatır.
İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb. Qarın yağması yollarda heç bir çətinlik yaratmayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 oktyabr 2025, Çərşənbə
“Əlviz Gülməmmədov: Gədəbəy Peşə Məktəbinin Təhsil və İnsani Dəyərlər Mərkəzi”
Şərhlər (0)


