30 ədəd qızılağac kəsildi - Cinayət işi başladı

Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 yanvar 2026, Cümə axşamı
Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski
Şərhlər (0)



