Azərbaycanda gömrüklə bağlı daha bir yenilik
2026-cı ildə Azərbaycanda gömrükdə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sistemi tətbiq ediləcək.
İlin sonunadək bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.
Belə ki, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-cı il dekabrın 1-dək gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması məqsədilə normativ hüquqi bazanı təkmilləşdirilməlidir.
Qeyd edək ki, gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.
Konsepsiyada Dövlət Gömrük Komitəsinə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-2028-ci illərdə daşıyıcılara dair normativ hüquqi bazanın təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və çevik gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin hazırlanması, daşıyıcılar tərəfindən əvvəlcədən təqdim olunan məlumatların gömrük sisteminə inteqrasiyasının təmin edilməsi tapşırılıb./Trend.az/
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 dekabr 2025, Bazar ertəsi
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”
Şərhlər (0)


