Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bu istiqamətdə yeni piyada keçidi inşa olunur

Bu istiqamətdə yeni piyada keçidi inşa olunur

08 aprel 2026, Çərşənbə
2
0
Bu istiqamətdə yeni piyada keçidi inşa olunur
 
Bakıda metro infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti layihənin icrasına başlanılıb. Bakı Metropoliteni tərəfindən həyata keçirilən işlər AZCON Holding çərçivəsində və Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş 2025-2030-cu illər üçün dövlət proqramına uyğun aparılır.
 
“Layihənin əsas məqsədi Yaşıl və Qırmızı xətlərin ayrılmasından sonra sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu çərçivədə “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada keçidi inşa edilir. Keçid “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa və daha qısa marşrut yaradacaq.
 
Yeni infrastruktur sərnişin axınının daha səmərəli bölüşdürülməsinə imkan verəcək. Belə ki, “Dərnəgül” və “Xətai” istiqamətlərinə gedən sərnişinlərin hərəkəti ayrılacaq, nəticədə “28 May” stansiyasında sıxlığın azalması və təhlükəsizliyin artırılması təmin olunacaq.
 
Eyni zamanda, keçid “28 May” stansiyasına daxil olan sərnişinlər üçün də əlavə rahatlıq yaradacaq. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyası vasitəsilə platformaya daha sürətli daxil ola biləcəklər ki, bu da giriş hissəsində yaranan növbələrin qarşısını almağa kömək edəcək.
 
Artıq layihə üzrə əsas tikinti mərhələləri başa çatıb. Qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması tamamlanıb. Hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, pilləkənlərin metal karkası qurulur və betonlama işlərinə hazırlıq görülür.
 
Layihənin son mərhələsində üzləmə işləri aparılacaq. Yeni piyada keçidinin növbəti tədris ilinə qədər istifadəyə verilməsi planlaşdırılır.
Şərh yaz
Şərhlər (0)