Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanım yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Onlar cinayət məsuliyyətinə cəlb olunublar.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 fevral 2026, Cümə axşamı
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
15 dekabr 2025, Bazar ertəsi
Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu
17 mart 2026, Çərşənbə axşamı
Prezidentin ailəsini şantaj edən şəxs ifşa olundu, DTX tərəfindən saxlanıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO
Şərhlər (0)

