Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır

Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.
"Report" məlumatına görə, bu çərçivədə energetika sahəsində tətbiq edilən normativ hüquqi aktlara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması planlaşdırılır.
Məqsəd tənzimləyici və inzibati məhdudiyyətlərin aradan qaldırılması, elektrik nəqliyyatının istifadəsi üçün daha əlverişli mühitin formalaşdırılmasıdır.
Eyni zamanda, elektrikdoldurma infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. Belə ki, elektrikdoldurma cihazları və bu sahədə istifadə olunan proqram təminatı üçün tələbləri müəyyən edən texniki reqlamentlərin hazırlanması, müvafiq standartların formalaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, "Vahid elektrikdoldurma xidməti platforması" informasiya sistemi ilə bağlı əsasnamə layihəsi hazırlanacaq.
Həmçinin elektrikdoldurma xidmətlərinin göstərilməsi qaydalarını müəyyən edən normativ hüquqi aktın hazırlanması da planlaşdırılır.
Digər istiqamətlərdən biri isə nəqliyyat vasitələrinin utilizasiyası sahəsidir. Bu sahədə cəlbediciliyin artırılması üçün mövcud vəziyyət təhlil ediləcək, qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
17 noyabr 2025, Bazar ertəsi
2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti
15 dekabr 2025, Bazar ertəsi
Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır
Şərhlər (0)
