Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR

Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR

03 aprel 2026, Cümə
1
0
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
 
Yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilib.
 
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən yeni tikilən 81.7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən olunub.
 
Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri müəyyənləşib.
 
- başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 157-ci kilometri;
 
- son nöqtəsi: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100.5-ci kilometri.
 
Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq edəcək.
 
Qeyd edək ki, ölkədəki ilk ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verilib.
Şərh yaz
Şərhlər (0)