Küçələr nə zaman kanalizasiya sularından qurtulacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən həftə yağan intensiv yağışlar Bakı və Abşeron yarmadasında, eləcə də repsublikanın digər ərazilərində bir sıra çətinliklər yaradıb.
Normadan artıq yağışlar yağması subasmalara və kanalizasiya sistemlərinin işində ciddi problemlərə yol açıb.
Artıq 3 gündür yağıntının dayanmasına baxmayaraq yağışın fəsadları hələ də tam şəkildə aradan qaldırılmayıb.
Yaranmış vəziyyət həmçinin Bakıda və Abşeron yarmadasında kanaliziya sularının daşaraq küçələrinə axmasına səbəb olub. İnsanlar kanalizasiyalardan hələ də sızan çirkab sularının yaratdığı natəmizlik və qoxudan şikayət edirlər.
Ölkə.Az bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə Sorğu ünvanlayıb. Qurumun İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu sorğumuza cavab olaraq hazırda bir sıra ərazilərdə iş aparıldığını söyləyib:
“Normadan 6 dəfədən çox yağam intensiv və fasiləsiz yağışların nəticəsində bəzi ərazilərdə tullantı su kollektorlarının dolaraq daşması ilə bağlı yaranan fəsadlar müvafiq sukanal idarələri tərəfindən aradan qaldırılır, bu istiqamətdə vacib bütün tədbirlər icra olunur”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
23 oktyabr 2025, Cümə axşamı
Bakıda mikrotunel tipli yeni kanalizasiya kollektorlarının inşasına başlanılıb
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
10 fevral 2026, Çərşənbə axşamı
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Şərhlər (0)

