Bu zənglərə və keçidlərə aldanmayın! - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Polis vətəndaşlara şübhəli zənglərə və keçidlərə aldanmamaları üçün xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər.
Qeyd olunub ki, kart məlumatlarını, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartın məxfi şifrələri heç kimə verilməməlidir:
"Kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin".
Daha çox xəbər:
25 oktyabr 2025, Şənbə
Xətai Rayonunda Təhlükəsizliyin Sütunu: Polis Polkovniki Vaqif Müslümovun Fədakar Xidməti
23 oktyabr 2025, Cümə axşamı
ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır
27 oktyabr 2025, Bazar ertəsi
"Laçın dəhlizinin açarı" - Qubadlı: Düşmənin məxfi planı necə alt-üst edildi?
Şərhlər (0)


