Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...

Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...

17 mart 2026, Çərşənbə axşamı
4
0
 
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.
 
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
 
Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.
 
"Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin, ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq! Daha rahat səfər üçün qaydalara riayət edək", - məlumatda qeyd edilib.
Şərh yaz
Şərhlər (0)