Üç kəndin adı milliləşdirildi

Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.
İclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı müzakirə olunub.
Müzakirələrin yekunu olaraq kəndlərin adlarının müvafiq olaraq Vladimirovka Elbir, Alekseyevka Çinarlı, Timiryazev kəndi isə Bəhrəli olması barədə qərar qəbul edilib.
Müzakirələrin yekunu olaraq məsələ Milli Məclisin plenar iclasına təklif olunub.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




