Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq

10 mart 2026, Çərşənbə axşamı
2
0
Sabah hava yağıntılı olacaq
 
Bakıda və Abşeron yarımadasında martın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
 
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Daha çox xəbər:

Yeni il günü Bakıya qar yağacaq? - PROQNOZ
30 dekabr 2025, Çərşənbə axşamı
Yeni il günü Bakıya qar yağacaq? - PROQNOZ
Sabah Bakıya qar yağacaq - PROQNOZ
10 fevral 2026, Çərşənbə axşamı
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Sabah leysan olacaq - Xəbərdarlıq
03 noyabr 2025, Bazar ertəsi
Sabah leysan olacaq - Xəbərdarlıq
Şərh yaz
Şərhlər (0)