Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Hamamda “kalonka” partladı - Ölən var

Hamamda “kalonka” partladı - Ölən var

10 mart 2026, Çərşənbə axşamı
3
0
Hamamda “kalonka” partladı - Ölən var
 
Ağdaşda evlərdən birində partlayış baş verib.
 
“Qafqazinfo” xəbər verir ki, bu gün saat 05 radələrində Ağdaş şəhər sakini 1948-ci il təvəllüdlü Zakir Abdulla oğlu Rəsulov yaşadığı evin hamam otağında olarkən “kalonka” kimi tanınan metal su qızdırıcısı partlayıb.
 
Nəticədə qaynar su onun üzərinə tökülüb. Dərhal xəstəxanaya çatdırılan Z.Rəsulov vəfat edib.
 
Faktla bağlı araşdırmalar aparılır.
Şərh yaz
Şərhlər (0)