Meksikada olan azərbaycanlılara TƏCİLİ XƏBƏRDARLIQ
Meksikadakı Azərbaycan səfirliyi Meksikanın bir sıra bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar azərbaycanlılara rəsmi xəbərdarlıq edib.
Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanlarının təhlükəsizliklə bağlı tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə edilib.
Xəbərdarlıqda qeyd olunur:
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur.
Azərbaycanın Meksikadakı səfirliyinin Konsulluq şöbəsinin qaynar xətt nömrələri də paylaşılıb: +52 5511 907 092 // +52 5555 404 109.
Qeyd edək ki, Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
23 fevral 2026, Bazar ertəsi
Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
12 fevral 2026, Cümə axşamı
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
Şərhlər (0)


