“Binə”də dava-dalaş saldı - Həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ticarət mərkəzinin ərazisində yerləşən “Nəvələrim” kafesində baş verib.
Belə ki, bir neçə gün əvvəl səhər saatlarında kafeyə daxil olan şəxs səs-küy salaraq spirtli içki tələb edib.
Həmin şəxs kafe sahibinin polisə müraciət etməsindən sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun Lökbatan qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü S.Bayramov (şərti) olduğu müəyyənləşib. Spirtli içkinin təsirində olan şəxsin qanında narkotik maddə də aşkarlanıb.
Polis tərəfindən onun barəsində inzibati protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə 29 yaşlı şəxs 15 sutkalıq inzibati həbs edilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 yanvar 2026, Cümə axşamı
Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski
Şərhlər (0)



