Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » BDYPİ-dən sürücülərə müraciət: Ehtiyatlı olun!

BDYPİ-dən sürücülərə müraciət: Ehtiyatlı olun!

10 fevral 2026, Çərşənbə axşamı
2
0
 
Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.
 
"Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər", - müraciətdə bildirilib.
Şərh yaz
Şərhlər (0)