Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Fəzail Ağamalının ölüm səbəbi bilindi - YENİLƏNİB

Fəzail Ağamalının ölüm səbəbi bilindi - YENİLƏNİB

09 fevral 2026, Bazar ertəsi
2
0
Fəzail Ağamalının ölüm səbəbi bilindi - YENİLƏNİB
 
Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
 
 Teleqraf bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.
 
Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
 
***
 
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
 
 Manset.az xəbər verir ki, o bu dəqiqələrdə Türkiyədə vəfat edib.
 
Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiq edib.
Şərh yaz
Şərhlər (0)