Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı

Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı

09 fevral 2026, Bazar ertəsi
1
0
Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı
 
Şəmkirdə qəzaya düşən hərbçilərin vəziyyəti açıqlanıb.
 
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 8-i saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
 
Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
 
1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.
 
Xatırladaq ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şərh yaz
Şərhlər (0)