Ramazanın ilk gününün imsak və iftar vaxtı AÇIQLANDI

Xəbər verdiyimiz kimi, fevralın 19-da Ramazan ayının ilk günüdür.
İmsak vaxtı 06:04-ə, iftar isə 18:34-ə təyin olunub.
Birinci günün imsak duası:
"Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!"
Tərcüməsi:
"İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" /Metbuat.az
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 noyabr 2025, Cümə
Hacı Rahib Babayev: ZƏFƏR GÜNÜ – QƏLƏBƏNİN, MƏNƏVİYYATIN VƏ BİR MİLLƏTİN DİRÇƏLİŞİNİN ZİRVƏSİ
10 fevral 2026, Çərşənbə axşamı
Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı - Azərbaycanda vəziyyət necədir?
Şərhlər (0)

