Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

26 yanvar 2026, Bazar ertəsi
6
0
Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu
 
Bakıda hoteldə qətl törədilib.
 
“Qafqazinfo" məlumatına görə, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.
 
Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
 
Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Şərh yaz
Şərhlər (0)