20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Azərbaycanda yanvarın 16-da havanın yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacağı ehtimalı var.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




