“Balama şəkər diaqnozu qoyaraq insulini 2-2 vurub komaya saldılar” - Video

Xəbər verdiyimiz kimi, ötən gün Salyanda 11 yaşlı Elcan Nəcəfov inyeksiyadan şoka düşərək ölüb.
“Qafqazinfo”nun məlumatına görə, Baku TV-yə danışan azyaşlının anası Səadət Nəcəfova bildirib ki, övladının başı gicəlləndiyi üçün təcili yardım çağırıb.
“Təcili yardımla xəstəxanaya apardılar. Dedilər ki, sistem vuracaqlar, düzələcək. Sən demə, balamı əzrail əlinə aparırmışam. Şəkəri olduğunu bildirib insulini 2-2 vurdular, komaya saldılar. Elcan saat 4-ə qədər can çəkişdi. Uşaq xəstəxanaya getmirdi, əlimlə apardım. Dedim, təcili yardım maşını verin, Bakıya aparaq, həkim dedi düzələcək. Saat 4-də balamı keçindirdilər. Getməmişdən əvvəl 2 qaşıq bal yedizdirib aparmışam, balın şəkərinə görə şəkər diaqnozu qoydular, aparıb basdırdılar. Məni qorxudurlar, deyirlər balanı yaracayıq, şikayətçi olma. Onun ürəyini partlatdılar. Uşağın ağzına uzun bir dəmir saldılar ki, nəfəs veririk”, - S.Nəcəfova qeyd edib.
Azyazşlının qardaşı Elgün Nəcəfov isə bildirib ki, onları qardaşının yanına buraxmayıblar: “Dedilər ki, yaxşıdır. Elə yaxşıdır deyə-deyə qardaşımı məndən aldılar. Həkimlərin biri deyirdi ki, Bakıya apar. Ümumiyyətlə həkim də yox idi. Hansı həkimə zəng edirdiksə, biri telefonu söndürürdü, biri deyirdi Bakıda istirahətdəyəm. Hərə öz kefində idi”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27 dekabr 2025, Şənbə
Uşaqların Sağlamlığının və Dövlətçiliyin Qoruyucusu: Pediatr D.r Bəxtiyar Həkim
13 noyabr 2025, Cümə axşamı
Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərci dövlətin verdiyi puldan 6 dəfə çoxdur - Nazir
11 dekabr 2025, Cümə axşamı
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Şərhlər (0)

