7 uşaqlı atanın 9325 manat aliment borcu yığıldı - Həbs edildi

Sabirabadda 10 ilə yaxındır boşansa da, keçmiş arvadı ilə qalan övladlarına aliment ödəməyən kişi həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Axtaçı kənd sakini 1984-cü il təvəllüdlü R.Baxışov Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarının qəsdən icra edilməməsi) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, R.Baxışov 2009-cu ildə evlənib. Bu izdivacdan 2009 və 2010-cu il təvəllüdlü övladları dünyaya gəlib. Lakin nikah 2013-cü ildə pozulub. Bundan sonra uşaqlar anası ilə qalıb və məhkəmə qətnaməsi ilə onların saxlanmasına görə anaya 160 manat aliment verilməsi qərara alınıb.
Lakin geridə qalan müddətdə R.Baxışov aliment ödəməkdən boyun qaçırıb və onun 9325 manat aliment borcu yığılıb. O, həmçinin yenidən evlənib. Bu nikahdan isə 5 övladı doğulub.
R.Baxışov keçmiş arvadının şikayəti əsasında daha əvvəl 10 günlük inzibati həbs edilib. Bundan başqa, aliment ödəmədiyinə görə əlavə 500 manat cərimələnib. Lakin R.Baxışov buna baxmayaraq yenə də ödəniş etməyib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə bu dəfə ona 8 ay həbs cəzası verilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
22 dekabr 2025, Bazar ertəsi
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”
04 noyabr 2025, Çərşənbə axşamı
Uşaqpulu ilə bağlı məsələ yenidən gündəmdə – Gözlənilən qərar verilir?
Şərhlər (0)
