Şərurlu İsfəndiyara bəraət verildi

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi indilərdə hökm elan edib.
Şərurlu İsfəndiyarın təhqir və böhtan cinayətləri üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, Şərurlu İsfəndiyar verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.
Daha çox xəbər:
02 dekabr 2025, Çərşənbə axşamı
Kiberpolisdən onlayn dələduzluq piramidasına qarşı əməliyyat - Video
06 noyabr 2025, Cümə axşamı
Famil Bağıyev: Qarabağ yalnız Azərbaycan üçün deyil, dünya üçün nümunəvi yenidənqurma modeli olacaq
Şərhlər (0)

