Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Ramaldanovlar ailəsində faciə: qızı və qohumu həyatını itirdi

Ramaldanovlar ailəsində faciə: qızı və qohumu həyatını itirdi

15 dekabr 2025, Bazar ertəsi
1
0
Ramaldanovlar ailəsində faciə: qızı və qohumu həyatını itirdi
 
Tanınmış hərbi ekspert, polkovnik Şair Ramaldanovun ailəsində ağır faciə baş verib.
 
Bu gün bir neçə saat əvvəl Ramaldanov qardaşlarından biri, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndi ərazisində yol-nəqliyyat qəzasına düşüblər.
 
Hadisə nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailəyə yaxın qohum olan 43 yaşlı Cəmilə Bağırova aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Qəza zamanı daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlara tibbi yardım göstərilib.
 
Məlumata görə, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək. Dəfn mərasiminin sabah paytaxtda keçirilməsi nəzərdə tutulur.
 
Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
Şərhlər (0)