Telefon:
+994 55 670 70 88
Xəbərçi » Gündəm » Prezident həmkarını qarşıladı - Fotolar

Prezident həmkarını qarşıladı - Fotolar

22 aprel 2026, Çərşənbə
2
0
Prezident həmkarını qarşıladı - Fotolar
 
Bu gün Latviya Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
 
“Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
 
Latviya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.
 
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 
 
Şərh yaz
Şərhlər (0)