Ukrayna danışıqları bu ərazilərdə ilişib qalıb-ABŞ əsas mübahisəni açıqladı

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna üzrə davam edən danışıqlarda əsas ziddiyyətin nədən ibarət olduğunu açıqlayıb.
"Fox News" telekanalına müsahibəsində o bildirib ki, tərəflərin hazırda ən kəskin şəkildə mübahisə etdiyi məsələ 30–50 kilometr genişliyində ərazi zolağı və Donetsk vilayətinin təxminən 20%-inin gələcək statusudur.
Rubio qeyd edib ki, danışıqlar masasında məhz bu ərazilərin kimin nəzarətində qalacağı əsas fikir ayrılığı yaradır və prosesin irəliləməsini çətinləşdirir.
Dövlət katibi əlavə edib ki, məhz bu mövzu sülh razılaşmasının əldə olunmasında əsas maneə kimi qalır.
Daha çox xəbər:
25 noyabr 2025, Çərşənbə axşamı
Ağ Evin “sülh planı” ilə bağlı SENSASİON ETİRAF: Putinə məğlub olan Trampın artıq istefası tələb olunur
27 noyabr 2025, Cümə axşamı
İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa - 5 ildə qurulan nəhəng infrastruktur
Şərhlər (0)



